İrəvanda 150-dən çox etirazçı saxlanılıb

Dünya

13.05.2024 - 13:16

Həkimlər Klinikalar SEO Xidməti

Polisin məlumatına görə, hazırda İrəvanda bağlı küçə yoxdur

İrəvanda itaətsizlik aksiyalarının 151 iştirakçısı müxtəlif polis idarələrinə aparılıb. AYNA xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a Ermənistanın Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, səhər saatlarında Ermənistan paytaxtının müxtəlif yerlərində vətəndaş itaətsizliyi aksiyaları başlayıb.

DİN-dən bildirilib ki, 151 nəfərin hamısı dövlət məmurlarının qanuni tələblərini yerinə yetirmədiklərinə görə (Ermənistan Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə) saxlanılıblar.

Polisin məlumatına görə, hazırda İrəvanda bağlı küçə yoxdur.

Ermənistan hüquq müdafiəçisinin çevik cavab qrupları İrəvanın mərkəzində hökumət binası yaxınlığında etiraz aksiyası zamanı saxlanılan vətəndaşların hüquqlarına necə riayət olunduğu ilə tanış olmaq üçün polis bölmələrinə gediblər. Bu barədə Ombudsman Aparatı məlumat yayıb.

Bundan əvvəl Tavuş yeparxiyasının rəhbəri və “Vətən üçün Tavuş” hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyan bazar ertəsi səhər saat 08:00-dan etibarən kütləvi itaətsizlik aksiyaları elan edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş