“Azərbaycanla birbaşa dəmir yolu əlaqəsi qurulana qədər alternativ nəqliyyat variantlarından istifadə edilə bilər”
İrəvan yaxın bir neçə il ərzində TRIPP layihəsi vasitəsilə Bakı ilə birbaşa dəmir yolu əlaqəsi qurmağı planlaşdırır. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan mətbuat konfransında deyib.
Nazir bildirib ki, “Azərbaycanla birbaşa dəmir yolu əlaqəsi qurulana qədər alternativ nəqliyyat variantlarından istifadə edilə bilər”.
Papoyan qeyd edib ki, "bu, mürəkkəb bir prosesdir; vaxt tələb edir. Hazırda ölkələr arasında aktiv ticarət yoxdur və bunun bir neçə səbəbi var: bazarlar hələ bir-biri ilə tanış deyil və ticarət əlaqələrinin qurulması vaxt tələb edir".
O əlavə edib ki, dövlət öz funksiyalarının bir hissəsi olaraq siyasi razılaşmalar, yolların açılması və dəmir yolu xətlərinin istifadəyə verilməsi yolu ilə ticarət üçün lazımi şərait yaradır.