İranlılar Qazaxda qəzaya düşüblər

Hadisə

14.12.2025 - 13:44

Avtomobili yol nişanına çırpılıb: üç nəfər xəsarət alıb

Qazaxda yol qəzası baş verib. AYNA.AZ xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Tovuz rayon sakini, 1984-cü il təvəllüdü T.Abdıyev idarə etdiyi “VAZ 2107” markalı minik avtomobili ilə hərəkətdə olan zaman idarəetmədən çıxıb. Nəticədə avtomobil yol nişanına çırpılıb.

Qəza zaman sürücü, avtomobildə olan sərnişinlər, İran vətəndaşları 1992-ci il təvəllüdlü H.Gallehban və 1984-cü il təvəllüdlü A.Sayeban xəsarət alıblar. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib, onların vəziyyətlərinin orta ağır olduğu bildirilir. Hadisə yerinə yol polisi əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş