İranlı deputat: "Ukrayna ərazisi qanuni hədəfdir"

Dünya

14.03.2026 - 21:23

İran Parlamentinin Milli Təhlükəsizlik Komitəsinin rəhbəri İbrahim Əzizi Ukraynanı zərbələrlə hədələyib. AYNA.AZ xəbər verir ki, bu barədə “X” hesabında yazıb.

İranlı deputat Ukraynanın bütün ərazisinin qanuni hədəf hesab edilməsinə çağırıb:

“Ukrayna İsrailə pilotsuz təyyarələrlə dəstək verməklə faktiki olaraq müharibəyə cəlb olunub. BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən, bu, onun bütün ərazisini İran üçün qanuni hədəfə çevirib.”

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş