İranla sərhəddə zəlzələ nəticəsində Türkiyədə 7 nəfər ölüb

Dünya

23.02.2020 - 12:43

Həkimlər Klinikalar SEO Xidməti

Zəlzələ 7 nəfərin həyatına son qoyub 

 

Bu gün səhər saatlarında Türkiyə-İran sərhədində baş verən zəlzələ nəticəsində Türkiyənin Van rayonunda 7 nəfər ölüb, 5 nəfər yaralanıb.

 

AYNA-nın APA-ya istinadən məlumatına görə, Türkiyə Daxili İşlər naziri Süleyman Soyolu Vanın Başqala qəsəbəsinə bağlı Özpınar kəndində 6 nəfər, Güvənlik kəndində 1 nəfərin dağıntılar altında qalaraq öldüyünü bildirib.

 

Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu dağıntılar altında qalanların olduğunu bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş