İranın yeni Ali Rəhbəri ayağından yaralanıb

Dünya

11.03.2026 - 17:15

Mectəba Xameneyi ABŞ-İsrail hücumunun ilk günündə yaralanıb

İranın yeni Ali Rəhbəri Müctəba Xameneyi ölkənin ABŞ və İsrail ilə münaqişəsinin ilk günündə yaralanıb. AYNA.AZ xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti İran rəsmilərinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, keçmiş lider Əli Xameneyinin oğlu ayağından aldığı yara səbəbindən hələlik ictimaiyyət qarşısına çıxmayıb. Qeyd edilib ki, Xameneyi haqqında hər hansı bir məlumat onun yerini üzə çıxara və lideri təhlükəyə ata bilər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş