“Vaşinqtona qarşı müxtəlif Fələstin tərəfdarı qruplar tərəfindən həyata keçirilən hücumların İranla əlaqəsi yoxdur”
“İran Yaxın Şərqdə münaqişənin genişlənməsini istəmir”. AYNA bildirir ki, bu sözləri İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan CNN telekanalına müsahibəsində deyib.
"Biz bu müharibənin böyüməsini istəmirik. Yaxın Şərqdə Vaşinqtona qarşı müxtəlif Fələstin tərəfdarı qruplar tərəfindən həyata keçirilən hücumların İranla əlaqəsi yoxdur”, - nazir əlavə edib.
Abdullahiyan ABŞ-a qarşı bu münasibətin Fələstindəki vəziyyətlə bağlı olduğunu və region ölkələrinin sakinlərinin Qəzza zolağında vəziyyətin gərginləşməsindən narazı olduğuna aydınlıq gətirib: “Mən şəxsən gördüm ki, region ölkələrində insanlar bundan qəzəblənirlər. Bizdən heç bir sifariş almırlar. Onlar öz şəxsi maraqlarına uyğun hərəkət edirlər”.
Qeyd edək ki, oktyabrın 29-da səhər saatlarında İran Prezidenti İbrahim Rəisinin Mətbuat Xidməti İsrailin “qırmızı xətləri keçdiyini” açıqlayıb.