“İranın polis və təhlükəsizlik qüvvələri tərəfindən ciddi tədbir görülməyib” - PREZİDENT

Aktual

01.02.2023 - 14:36

İlham Əliyev hazırda Azərbaycan tərəfindən səfirlikdəki terror aktının hərtərəfli şəkildə araşdırıldığını deyib

Prezident İlham Əliyev Türkiyənin milli təhsil naziri Mahmut Özeri və Türkiyə Böyük Millət Məclisinin (TBMM) bir qrup üzvünü videokonfrans formatında qəbul edərkən yanvarın 27-də İrandakı səfirliyimizə edilən terror hücumundan danışıb.

AYNA xəbər verir ki, İlham Əliyev səfirliyin digər mühafizə əməkdaşının qəhrəmanlığı nəticəsində terrorçunun zərərsizləşdirildiyini və bununla da silahlı şəxsin səfirliyin başqa əməkdaşlarına və onların ailə üzvlərinə hücumunun qarşısının alındığını vurğulayıb.

Dövlət başçısı hazırda Azərbaycan tərəfindən bu terror aktının hərtərəfli şəkildə araşdırıldığını diqqətə çatdırıb.

Prezident vurğulayıb ki, həmin şəxsin səfirliyimizin binasında törətdiyi terror hadisəsi prosesinin xeyli vaxt çəkməsinə baxmayaraq, İranın polis və təhlükəsizlik qüvvələri tərəfindən hər hansı ciddi tədbir görülməyib.

Müəllif: Ayna.az