İranın Nüvə Təhlükəsizlik Mərkəzi: “Radioaktiv çirklənmənin izləri aşkar edilməyib”

Dünya

22.06.2025 - 15:43

cedabet dərman SEO Xidməti

“Ətraf ərazilərdə də əhali üçün təhlükə yoxdur”

İranın Nüvə Təhlükəsizliyi Mərkəzi ABŞ-ı İrandakı nüvə obyektlərinə zərbələr endirməkdə rəsmi şəkildə ittiham edib. AYNA.AZ xəbər verir ki, bu barədə İranın Atom Enerjisi Təşkilatı (AEOI) məlumat yayıb.

“ABŞ-ın Fordo, Natanz və İsfahandakı nüvə obyektlərinə beynəlxalq hüquq və nüvə təhlükəsizliyi ilə bağlı normaları pozaraq həyata keçirdiyi cinayətkar hücumundan sonra Mərkəz bu obyektlərin radioaktiv çirklənməsinin təhlilini aparıb”, - deyə qeyd olunub.

Bildirilib ki, əvvəlcədən lazımi tədbirlər görüldüyündən hücumdan sonra heç bir çirklənmə izi aşkar edilməyib: “Ətraf ərazilərdə də əhali üçün təhlükə yoxdur”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş