İrandan gətirilən 47 tondan çox kartof məhv edilib

Xəbərlər

11.02.2025 - 14:58

Həkimlər Klinikalar SEO Xidməti

Məhsulda karantin tətbiq edilən Kartof gövdə nematodu müəyyən olunub

İrandan Azərbaycana gətirilən 47 min 400 kq ərzaqlıq kartof məhsulu partiyasında uyğunsuzluq aşkarlanıb. AYNA xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib.

Qeyd olunub ki, Agentliyin müfəttişlərinin götürdüyü nümunələrin müayinəsi nəticəsində karantin tətbiq edilən Kartof gövdə nematodu müəyyən olunub.

Faktla bağlı müvafiq qərar qəbul edilərək istehlaka yararsız məhsul partiyası məhv edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş