İrandakı terror aktına görə məsuliyyəti İŞİD üzərinə götürüb

Dünya

27.10.2022 - 08:19

Həkimlər Klinikalar SEO Xidməti

Ötən gün İranda məbəddə baş verən terror aktına görə məsuliyyəti İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşması üzərinə götürüb.

AYNA-nın “Figaro”ya istinadla məlumatına görə, müvafiq açıqlama İŞİD-in təbliğat saytlarında yerləşdirilib. Açıqlamada 20 nəfərin öldürüldüyü, bir o qədərinin də yaralandığı göstərilir.

Qeyd edək ki, ötən gün İranın Şiraz şəhərindəki Şahçerağ ziyarətgahında terror aktı törədilib. 3 silahlı şəxsin Şahçerağ ziyarətgahına hücumu zamanı 15 nəfər ölüb, 40 nəfər yaralanıb.
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş