2000-dən çox etirazçı həbs edilib: tibb mərkəzlərinə hücumlar başlayıb
İranın 92 şəhərində keçirilən kütləvi etiraz aksiyalarından sonra otuz altı nəfər həlak olub, 2000-dən çox etirazçı həbs edilib. AYNA.AZ xəbər verir ki, bu barədə İranın insan haqları təşkilatı HRANA-nın 6 yanvar tarixli məlumatında qeyd edilib.
Məlumatda deyilir: "Son günlərdə 27 əyalətin 92 şəhərində ən azı 285 yerdə etiraz aksiyaları keçirilib. Bu hadisələr zamanı ən azı 2076 vətəndaş həbs edilib, 34 etirazçı və iki təhlükəsizlik və hüquq-mühafizə orqanı əməkdaşı da daxil olmaqla ən azı 36 nəfər həlak olub".
Tibb mərkəzlərinə hücumlar da başlayıb.
Ümumilikdə, İranda vəziyyət getdikcə gərginləşir. Bəzi əmək etirazlarının davam etməsi ilə yanaşı, küçə nümayişləri və tacirlər və tələbələrin tətilləri də başlayıb.