İran polisi 297 etirazçını saxladığını iddia edib
İran İslam Respublikasının hüquq-mühafizə orqanları (polis) ölkə daxilində 297 etirazçını saxlayıb. AYNA.AZ xəbər verir ki, bu barədə İranın dövlət televiziyası IRIB məlumat yayıb.
Bildirilib ki, "dini, dövlət və ictimai qurumların dağıdılmasında, eləcə də təhlükəsizlik işçilərinə qarşı terror hücumları törətməkdə iştirak edən 297 etirazçı saxlanılıb".
Daha əvvəl “Reuters” agentliyi İran rəsmisinə istinadən iğtişaşlar nəticəsində ölənlərin sayını açıqlamışdı. O etirazçıların və təhlükəsizlik qüvvələrinin ölümünü "terrorçular"ın əli ilə əlaqələndirmişdi.
ABŞ Prezidenti Donald Tramp öz növbəsində İranda etiraz edənləri hökumət binalarını ələ keçirməyə çağırıb. O etirazçılara qarşı təzyiqlər dayandırılana qədər İran rəsmiləri ilə bütün görüşləri ləğv etdiyini vurğulayıb və əlavə edib ki, "kömək yoldadır".