Öncəki seçkilər 2020-ci ilin fevral ayında keçilmişdi
İranda növbəti parlament seçkilərinin vaxtı açıqlanıb. AYNA-nın məlumatına görə, İranın Daxili İşlər Nazirliyi bildirib ki, 12-ci çağırış parlament seçkiləri 2024-cü il mart ayının ikisində keçiləcək.
Qeyd edək ki, öncəki seçkilər 2020-ci ilin fevral ayında keçilmişdi. 290 yerlik parlamentə seçilmək üçün 7 mindən çox namizəd var idi.