İranda iki azərbaycanlı gənc öldürülüb

Dünya

23.09.2022 - 12:17

Onlar hökumət qüvvələrinin açdığı atəş nəticəsində hadisə yerindəcə ölüblər

Zəncan şəhərində iki azərbaycanlı gənc hökumət məmurları tərəfindən öldürülüb. AYNA xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

Bildirilib ki, onlar hökumət qüvvələrinin açdığı atəş nəticəsində hadisə yerindəcə ölüblər.

Mehdi Musəvi və Mehrdad Qurbani adlı gənclər sentyabrın 21-i axşam saatlarında Zəncan şəhərində keçirilən aksiyalar zamanı güllələnərək öldürülüblər.

Xatırladaq ki, son günlər baş verən etiraz aksiyaları zamanı çox sayda insanın güllələnərək qətlə yetirilməsi ilə bağlı fərqli rəqəmlər bildirilsə də, indiyədək hökumət qüvvələri tərəfindən öldürülən 23 nəfərin kimliyi təsdiqini tapıb.

İnsan hüquqları təşkilatları ağır yaralıların çox olduğu üçün ölü sayının artacağı ehtimalının yüksək olduğunu bildirirlər.

Müəllif: Ayna.az