İnternet normal səviyyənin təxminən 1 faizi səviyyəsində işləyir
İranda internet aktivliyi 12 saat ərzində ən aşağı səviyyədə olub. AYNA.AZ xəbər verir ki, bu barədə beynəlxalq internet monitorinq xidməti “NetBlocks” məlumat yayıb.
Xidmətin “Telegram” kanalında verilən açıqlamada deyilir: "İran 12 saatdır ki, internetdən kənardadır və qoşulma sürəti normal səviyyənin təxminən 1 faizinə düşüb".
İran rəsmiləri planlaşdırılan heç bir məhdudiyyət elan etməyib.