İrana qarşı əməliyyatda yaralanan ABŞ əsgərlərinin sayı 290-a çatıb

Dünya

25.03.2026 - 20:05

290 yaralıdan 255-i xidmətə qayıdıb: on əsgərin vəziyyəti ağır olaraq qalır

ABŞ-ın İrana qarşı hərbi əməliyyatının başlamasından bəri təxminən 290 amerikalı hərbçi yaralanıb. AYNA.AZ xəbər verir ki, bu barədə ABŞ-ın Yaxın Şərqdəki Mərkəzi Komandanlığının (CENTCOM) sözçüsü CNN-ə bildirib.

Mərkəzi Komandanlıq son bir həftə ərzində bu rəqəmin 90 nəfər artdığını qeyd edib.

Mətbuat katibi əlavə edib ki, 290 yaralıdan 255-i xidmətə qayıdıb. On əsgərin vəziyyəti ağır olaraq qalır.

Bu günə qədər döyüşdə 13 amerikalı hərbçi həlak olub.

ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn daha əvvəl bildirib ki, Amerika hərbçiləri arasında yaraların əksəriyyəti İranın dron hücumları nəticəsində yaralanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş