“Fələstin xalqını dəstəkləyən iki və ya üç həmfikir ölkədən ibarət məhkəmənin yaradılması mümkündür”
“İsrailin Baş naziri Benyamin Netanyahu hərbi cinayətlər törətdiyinə görə edam cəzasına məhkum edilməsi hüquqi baxımdan mümkündür”. AYNA xəbər verir ki, bu sözləri İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi deyib. Bu barədə “PressTV” kanalı İranın Ali Dini Rəhbəri Seyid Əli Xamneinin rəsmi saytına istinadən məlumat yayıb.
“Biz anlamağa çalışmalıyıq ki, Fələstin xalqını dəstəkləyən iki və ya üç həmfikir ölkədən ibarət məhkəmənin yaradılması mümkündür. Bu məhkəmə çərçivəsində belə qərarlar qəbul etmək mümkün olacaq. Məncə, bunda mümkünsüz heç nə yoxdur. Əgər səy göstərsək, mümkündür”, Qəribabadi curğulayıb.
Qeyd edək ki, nnoyabrın 21-də Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Netanyahu və İsrailin keçmiş müdafiə naziri Yoav Qalantı ən azı 8 oktyabr 2023-cü il və 20 may 2024-cü il tarixləri arasında Fələstin ərazisində, Qəzza zolağında törətdikləri hərbi cinayətlər və insanlığa qarşı cinayətlər ittihamı ilə həbsə orderlər verdiyini açıqlayıb. İbtidai Məhkəmə Palatasının fikrincə, onlar qətl, təqib və digər qeyri-insani hərəkətlər, habelə müharibə aparmaq üsulu kimi mülki əhalinin qəsdən aclıqdan qırılması kimi cinayətlərə görə cinayət məsuliyyəti daşıyırlar.