İran XİN-dən KTMT-yə çağırış

Dünya

30.11.2023 - 14:45

Abdullahian KTMT baş katibini Qəzza məsələsində daha təsirli tədbirlər görməyə çağırıb

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi İmanqala Tasmaqambetova məktub göndərib.

AYNA xəbər verir ki, məktubla bağlı İran XİN-in “Telegram” kanalında məlumat dərc edilib.

“Bu məktubda işğalçı rejimin Qəzza zolağına hücumlarını həmişəlik dayandırmaq, blokadanı tamamilə aradan qaldırmaq və mühasirəyə son qoymaq üçün KTMT-nin baş katibindən daha təsirli tədbirlər görməsi istənilib”, - deyə qeyd olunub.

İran Xarici İşlər Nazirliyinin rəhbəri İsrail tərəfindən Fələstin xalqının öz müqəddəratını təyin etmək hüququnun onilliklər boyu pozulmasına işarə edərək, bir sıra beynəlxalq qurumların hərəkətsizliyini və İsrailin cəzasız qaldığını söyləyib.

Müəllif: Ayna.az