İran XİN başçısından Zelenskiyə cavab: “Dünya çaşqın təlxəklərdən bezib”

Dünya

23.01.2026 - 17:12

“İran özünü necə müdafiə etməyi bilir və xaricilərdən kömək istəməyə qətiyyən ehtiyac duymur”

“Dünya müstəqil ordusu olmayan çaşqın təlxəklərdən bezib”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri İranın xarici işlər naziri Abbas Əraqçi Ukrayna Prezidenti Volodimir Zelenskinin Tehrana qarşı hərbi müdaxilə çağırışına cavab olaraq deyib.

Nazir sosial mediada yazıb: "Cənab Zelenski, dünya çaşqın klounlardan bezib".

Abbas vurğulayıb ki, “Ukrayna Silahlı Qüvvələrindən fərqli olaraq, İran özünü necə müdafiə etməyi bilir və xaricilərdən kömək istəməyə qətiyyən ehtiyac duymur”.

Qeyd edək ki, Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxış edən Zelenski Avropanın hələ də öz təhlükəsizliyini necə təmin edəcəyini anlamadığını bildirib. O həmçinin Ukraynanın NATO-ya qəbul ediləcəyi təqdirdə Kiyevin Avropaya Qrenlandiyanın müdafiəsində kömək edəcəyinə əminliyini ifadə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş