İran XİN: “ABŞ və müttəfiqlərinin hərəkətsizliyi İsrailə hücuma səbəb oldu”

Dünya

15.04.2024 - 16:16

Nasser Kənani: “İranın hərəkətləri lazımlı və məqsədəuyğun idi”

“ABŞ və müttəfiqlərinin hərəkətsizliyi İranın İsrail ərazisinə cavab zərbəsi endirməsinə səbəb oldu”. AYNA İRNA-ya istinadən xəbər verir ki, hücumu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kənani deyib.

“İranın hərəkətləri lazımlı və məqsədəuyğun idi. Biz hərbi hədəfləri hədəfə almışıq. Buna BMT Təhlükəsizlik Şurasının adekvat tədbirlərin görülməməsi və cinayətlərin qarşısını ala bilməyən ABŞ, Böyük Britaniya və Fransanın hərəkətsizliyi səbəb olub”, - diplomat bildirib.

Bundan əvvəl məlum olub ki, “Yeddilik” (G7) ölkələrinin başçıları regiondakı vəziyyətdən narahat olduqları üçün İranın raket hücumuna cavab verərkən İsraildən münaqişənin genişlənməsinin qarşısını almağı xahiş edəcəklər. Video sammit formatında keçirilən görüşdən sonra ölkələr İsrailə dəstəyini ifadə edərək, İrandan hücumları dayandırmağı tələb edib. Həmçinin Tel-Əvivin müttəfiqlərinin mümkün əks tədbirləri barədə xəbərdarlıq ediblər.

Müəllif: Ayna.az