Hücumlara son qoymaq mexanizmi Pakistan tərəfindən hazırlanıb və hər iki tərəfə təqdim edilib
İran və ABŞ arasında hücumlara son qoyulmasını və Hörmüz boğazının açılmasını tələb edən bir plan təklif edilib. AYNa.AZ xəbər verir ki, “Reuters”in məsələ ilə tanış olan bir mənbəyə istinadən verdiyi məlumata görə, hücumlara son qoymaq mexanizmi Pakistan tərəfindən hazırlanıb və hər iki tərəfə təqdim edilib.
Mənbənin sözlərinə görə, "bütün məsələlər üzrə razılıq bu gün əldə edilməlidir".
Pakistan ordusunun baş feldmarşalı Asim Munirin gecə ABŞ vitse-prezidenti Ceyms Devid Vens, xüsusi nümayəndə Stiv Uitkoff və İranın xarici işlər naziri Abbas Əraqçi ilə əlaqə saxladığı bildirilir.
“Axios” əvvəllər İran və ABŞ arasında 45 günlük atəşkəs ehtimalı barədə məlumat verib.