İran Vaşinqtonla danışıqlarda böyük güzəştlərə hazır olduğunu bəyan edir

Dünya

03.02.2026 - 19:35

“Tehran ötən il ABŞ tərəfindən irəli sürülən nüvə enerjisi istehsalı üçün regional konsorsium yaratmaq təklifinə üstünlük verəcək”

İran ABŞ ilə nüvə proqramını dayandırmaqla və ya tamamilə bağlamaqla razılaşmanı həll etməyə hazırdır. AYNA.AZ xəbər verir ki, bu barədə 3 fevralda “The New York Times” qəzeti rəsmilərə istinadən məlumat yayıb.

Məqalədə deyilir: "İki rəsmi bildirib ki, vəziyyəti sakitləşdirmək üçün İran nüvə proqramını bağlamağa və ya dayandırmağa hazırdır ki, bu da böyük güzəştdir".

Qeyd olunub ki, Tehran ötən il ABŞ tərəfindən irəli sürülən nüvə enerjisi istehsalı üçün regional konsorsium yaratmaq təklifinə üstünlük verəcək.

Qəzetin mənbələri bildirib ki, 6 fevral cümə günü ABŞ və İranın yüksək vəzifəli rəsmiləri ölkələr arasında böhranın azaldılmasına yönəlmiş danışıqlar üçün İstanbulda görüşəcəklər.

"Danışıqların məqsədi ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff, Trampın kürəkəni Cared Kuşner və İranın xarici işlər naziri Abbas Əraqçini bir araya gətirməkdir", - deyə qeyd edilib.

Məqalədə bildirib ki, Türkiyə, Qətər və Misirdən yüksək vəzifəli rəsmilərin də danışıqlarda iştirakı gözlənilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş