“Elektrik stansiyalarına zərbə endirilərsə, İran ABŞ-ın enerji infrastrukturuna hücum edəcək”
Xatəm əl-Ənbiya hərbi komandanlığının mərkəzi qərargahının sözçüsü ABŞ Prezidenti Donald Trampın 48 saatlıq ultimatumu və təhdidlərinə cavab verib. AYNA.AZ xəbər verir ki, bu barədə “Tasnim” xəbər agentliyi məlumat yayıb.
Hərbi rəsmi xəbərdarlıq edib ki, ABŞ İrandakı yanacaq və ya enerji infrastrukturuna hücum edərsə, İran da öz növbəsində ABŞ-ın və onun regiondakı müttəfiqlərinin enerji, informasiya texnologiyaları infrastrukturuna hücum edəcək.
Tramp daha əvvəl Hörmüz boğazı 48 saat ərzində açılmazsa, ABŞ-ın bir sıra İran elektrik stansiyalarını məhv edəcəyini bildirmişdi.