“Biz İran səfirinin mesajında Hizbullah bayrağının təsvirindən istifadə edilməsini qətiyyətlə pisləyirik”
Avstriya Xarici İşlər Nazirliyi (XİN) İranın Vyanadakı səfiri Abbas Baqerpuru Hizbullah hərəkatına dəstək üçün sosial şəbəkədəki mesajından sonra nazirliyə çağırıb. AYNA xəbər verir ki, bu barədə EFE məlumat yayıb.
“Biz İran səfirinin mesajında Hizbullah bayrağının təsvirindən istifadə edilməsini qətiyyətlə pisləyirik”, - XİN-dən bildirilib.
Qeyd olunub ki, Avstriyada hərəkatın simvollarından istifadə qadağandır.
Bir gün əvvəl Baqerpur İsrailin şimalına raket hücumunu şərh edərkən Livan qrupunun bayrağı altında “Hizbullah qalib gələcək” yazan bir mesaj yayımlayıb.