İran neft hasilatını artıracaq

Dünya

23.08.2024 - 08:45

Həkimlər Klinikalar SEO Xidməti

Yeni neft naziri karbohidrogen hasilatını artırmaq planlarını açıqlayıb

İranın yeni neft naziri Möhsün Paknejad karbohidrogen hasilatını artırmaq planlarını açıqlayıb. AYNA xəbər verir ki, bu barədə İranın “Şana” agentliyi məlumat yayıb.

Parlament avqustun 21-də Paknejadın nazir təyin edilməsini təsdiqləyib.

O, 2026-cı ilin mart ayının sonuna kimi İranda neft hasilatının sutkada 400 min barel artacağını gözləyir.

Hazırda İranda 74 neft və 22 qaz yatağı istismar olunur. Ölkənin ümumi karbohidrogen ehtiyatları 1,2 trilyon barel təşkil edir.

2018-2021-ci illərdə Paknejad neft nazirinin müavini vəzifəsində çalışıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş