İran Körfəz ölkələrinə raket və pilotsuz təyyarələrdən istifadə edərək “qisas zərbələri” endirməkdədir
İran Küveytdəki ABŞ səfirliyinə hücum edib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, ABŞ-İsrail birgə hücumlarına cavab olaraq, İran Körfəz ölkələrinə raket və pilotsuz təyyarələrdən istifadə edərək “qisas zərbələri” endirməkdədir.
Bu gün Küveyt paytaxtında partlayış səsləri eşidilib. Şahidlər Küveytdəki ABŞ səfirliyindən tüstü qalxdığını bildiriblər.
Küveyt mediası da Amerika səfirliyinin vurulduğunu açıqlayıb.
Küveytdəki ABŞ səfirliyi vətəndaşlarına ölkədə davam edən raket və pilotsuz təyyarə hücumları təhlükəsi səbəbindən olduqları yerdə qalmaları və "səfirliyə gəlməmələri" barədə xəbərdarlıq edib.