Bu barədə general Həsən Araqizadə məlumat verib
İran Silahlı Qüvvələri Baş Qərargahının Səhiyyə İdarəsinin rəisi general Həsən Araqizadə koronavirusla bağlı açıqlama verib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, general Araqizadə ölkədə koronavirusun yayılmasının bioloji müharibənin bir hissəsi olub-olmaması ilə bağlı araşdırmalara başladıqlarını bildirib.
İran mediasına danışan Baş Qərargah rəsmisi koronavirusun bütün ölkələr tərəfindən araşdırılacağını, qəti sübutlar olmadan pandemiyanın bioloji hücum olmasını təsdiqləməyəcəklərini bildirib.
Həsən Araqizadə bu ehtimalın İranın Elm Mərkəzlərində araşdırıldığını ifadə edib: “İran koronavirusun bioloji müharibənin bir hissəsi olub-olmadığını araşdırır. Qəti bir dəlil olmadan virusun bioloji hücum olduğunu söyləyə bilmərik. Bunu dəqiqləşdirmək isə elə də asan deyil. Buna görə digər ölkələr də bu məsələni araşdıracaq”.