30 nəfər xəsarət alıb
İranın raket hücumu nəticəsində Beer-Şevada azı 30 nəfər xəsarət alıb. AYNA.AZ xəbər verir ki, bu barədə İsrailin "Kanal 12" telekanalı məlumat yayıb.
Bildirilib ki, yaşayış binaları və maşınlara ziyan dəyib.
Qeyd olunub ki, şəhər şimal istiqamətində yerləşən vağzal da bağlanıb.