Dieqo Qarsiyadakı ABŞ və Britaniya hərbi bazasına iki orta mənzilli ballistik raket atılıb
İran Hind okeanında Dieqo Qarsiyadakı ABŞ və Böyük Britaniya hərbi bazasına iki orta mənzilli ballistik raket atıb. AYNA.AZ xəbər verir ki, "The Wall Street Journal" (WSJ) qəzeti bu barədə 21 mart tarixində ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Bildirilib ki, heç bir raket hədəfə dəyməyib. İki mənbəyə görə, raketlərdən birində uçuş zamanı nasazlıq yaradıb, digəri isə ABŞ gəmisi tərəfindən SM-3 raketi ilə vurulub.
Nəşrin yazıb ki, bu hadisə İranın orta mənzilli raketlərdən ilk döyüş istifadəsini və ABŞ-ın Yaxın Şərqdən kənarda maraqlarını təhdid etmək üçün ilk əhəmiyyətli cəhdini göstərir.
Baza İrandan təxminən 4000 kilometr məsafədə yerləşir. WSJ əlavə olaraq qeyd edir ki, zərbə ehtimal ki, Tehranın əvvəllər etiraf etdiyindən daha uzun mənzilli raketlərə sahib ola biləcəyini göstərir.
İranın xarici işlər naziri Abbas Əraqçi əvvəllər iddia etmişdi ki, İran təhlükə kimi qəbul edilmək istəmədiyi üçün raketin mənzilini qəsdən 2000 kilometrə qədər məhdudlaşdırıb.