İran hədəfə çevriləcək ABŞ və İsrail gəmilərinin siyahısını hazırlayıb

Dünya

03.04.2026 - 17:22

"ABŞ və İsrailə kömək edən şirkətlərə məxsus gəmilər haqqında məlumatımız var"

İran ABŞ və İsrail maraqları ilə əlaqəli və hücum hədəfinə çevrilə biləcək gəmilərin siyahısını hazırlayıb. AYNA.AZ “RİA Novosti” agentliyinə istinadən bildirir ki, bu barədə Misirdəki İran diplomatik nümayəndəliyinin rəhbəri Müctəba Firdovsipur deyib.

"ABŞ və İsrailə kömək edən şirkətlərə məxsus gəmilər haqqında məlumatımız var", - deyə o bildirib.

Diplomatın sözlərinə görə, Kəşfiyyat Nazirliyi məlumatı Milli Təhlükəsizlik Şurasına ötürür və Şura lazımi məlumatları təsdiqləyir və İran silahlı qüvvələrinə ötürür.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş