İran diplomatlarının Avropa Parlamentinə girişi qadağan edilib

Dünya

13.01.2026 - 10:20

Qərar İranda hökumət əleyhinə etirazların zorakılıqla yatırılmasına cavab olaraq verilib

Avropa Parlamentinin rəhbəri Roberta Metsola iranlı diplomatların qurumun bütün binalarına girişini qadağan etmək qərarına gəlib. AYNA.AZ xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Qərar İranda hökumət əleyhinə etirazların zorakılıqla yatırılmasına cavab olaraq verilib.

Roberta Metsola qərarı Avropa Parlamentinin deputatlarına ünvanladığı məktubda açıqlayıb. Qadağa əsas müzakirələrin keçirildiyi Brüssel və Strasburqdakı bütün parlament binalarına, eləcə də Lüksemburqdakı katibliyə şamil ediləcək.

Bu o deməkdir ki, İran pasportu olan hər kəs girişdə yoxlanılacaq və birbaşa İran rejimi üçün işləyənlərə dərhal giriş qadağan ediləcək.

"İran xalqı bu parlamentin dəstəyinə, həmrəyliyinə və hərəkətinə etibar etməyə davam edə bilər", Metsola məktubunda yazıb.

Həftəsonu Metsola İrana qarşı yeni sanksiyaları ehtimalını qaldırıb. Blokun diplomatik xidməti hazırda yeni sanksiyaları nəzərdən keçirir.

Metsola məktubunda yazıb ki, ideyalardan biri İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanımaqdır ki, bu da "repressiya, zorakılıq və edamlarda iştirak edən bütün şəxsləri əhatə etmək üçün AB sanksiyalarının genişləndirilməsinə" kömək edəcək.

Xatırladaq ki, Avropa Birliyinin xarici işlər naziri Kaya Kallas yüzlərlə insanın ölümünə səbəb olan hökumət əleyhinə etirazların sərt şəkildə yatırılmasından sonra AB-nin İrana qarşı yeni sanksiyalar tətbiq edə biləcəyini açıqlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş