İran yeni mətnini Pakistan vasitəsilə ötürüb və vasitəçi tərəf bunu ABŞ-a çatdıracaq
İran danışıqlarla bağlı yeni 14 maddəlik mətnini Pakistan vasitəsilə təqdim edib. AYNA.AZ xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
Bildirilib ki, İran yeni mətnini Pakistan vasitəsilə ötürüb və vasitəçi tərəf bunu ABŞ-a çatdıracaq.
Məlumata əsasən, ABŞ son vaxtlar İranın əvvəlki 14 maddəlik mətninə cavab olaraq öz sənədini göndərmişdi. İran da son dönəmlərdə aparılan mesaj mübadiləsi çərçivəsində öz mətnini yenidən redaktə edərək 14 maddə şəklində Pakistan vasitəsilə təqdim edib.
“Tasnim” yazıb ki, İranın yeni mətni müharibənin dayandırılması ilə bağlı danışıqlar və ABŞ tərəfinin etimad tədbirləri üzərində cəmlənib.