“İran ordusu Türkiyənin suverenliyinə hörmətlə yanaşır”
“Türkiyə torpaqlarına doğru raket atılmayıb”. AYNA.AZ İran mediasına istinadən bildirir ki, bu sözlər İran ordusunun Baş Qərargahının açıqlamasında əksini tapıb.
“İran ordusu Türkiyənin suverenliyinə hörmətlə yanaşır”, - məlumatda qeyd edilib.
Xatırladaq ki, ötən gün İrana məxsus ballistik raket Türkiyənin hava məkanında zərərsizləşdirilib.