İran ABŞ ilə dialoqu davam etdirəcək: “Konsensusa gəldik”

Dünya

10.02.2026 - 22:55

“Maskatdakı görüşün məqsədi qarşı tərəfin niyyətlərinin ciddiliyini qiymətləndirmək və necə irəliləyəcəyimizi anlamaq idi”

İran və ABŞ arasında Omanın Maskat şəhərində nüvə proqramı ilə bağlı danışıqlar Tehrana Vaşinqtonun niyyətlərinin ciddiliyini qiymətləndirməyə imkan verib və tərəflər diplomatik dialoqun davam etdirilməsində maraqlı olduqlarını nümayiş etdiriblər. AYNA.AZ "Times of Israel" qəzetinə istinadən xəbər verir ki, bu barədə İranın İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmail Beqayi deyib.

"Bizim fikrimizcə, Maskatdakı görüşün məqsədi qarşı tərəfin niyyətlərinin ciddiliyini qiymətləndirmək və necə irəliləyəcəyimizi anlamaq idi. Danışıqlardan sonra diplomatik prosesin davam etdirilməsi ilə bağlı anlaşma və konsensusa gəldik", - Beqayi qeyd edib.

Qeyd edək ki, ötən həftə Amerika və İran diplomatları Omanın vasitəçiliyi ilə dolayı danışıqlar aparıblar. Əlaqələr ABŞ-ın bölgədə artan hərbi iştirakı və Prezident Donald Trampın İrana qarşı hərbi güc tətbiq etmə ehtimalı ilə bağlı açıqlamaları fonunda baş tutub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş