İran ABŞ-dan dondurulmuş aktivlərinin bərpasını tələb edir
Tehran ABŞ ilə danışıqlarda Qərb tərəfindən dondurulmuş 100 milyard dollarlıq aktivlər üzərində nəzarətin bərpası və qlobal neft bazarlarına çıxışın bərpası yolu ilə iqtisadi yardım axtarır. AYNA.AZ xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzetinin rəsmilərə istinadən məlumat yayıb.
Məqalədə deyilir: "İran rəsmiləri və ərəb vasitəçiləri deyirlər ki, İran ABŞ-la danışıqlar strategiyasında bir-biri ilə əlaqəli iki məqsəd güdür: çətin vəziyyətdə olan iqtisadiyyatına maliyyə dəstəyi verməklə yanaşı, ABŞ Prezidenti Donald Trampın qələbə elan edə biləcəyi nüvə proqramında o qədər də güzəştə getməmək".