İraliya ABŞ-a Sigonella hava bazasından istifadə etməyə icazə verməyib

Dünya

31.03.2026 - 17:32

Bu, bir neçə gün əvvəl baş verib, lakin məlumat gizli saxlanılıb

İtaliya ABŞ-ın Siciliya adası ilə Sigonella hərbi bazasına girişə icazə verilməyib. AYNA.AZ xəbər verir ki, bu barədə “Corriere della Sera” qəzeti məlumat yayıb.

Bildirilib ki, bu, bir neçə gün əvvəl baş verib, lakin məlumat gizli saxlanılıb.

İtaliya Hərbi Hava Qüvvələrinin Baş Qərargahı Müdafiə Baş Qərargahının rəhbəri Luciano Portolanoya bir neçə Amerika bombardmançı təyyarəsinin uçuş planında Yaxın Şərqə davam etməzdən əvvəl Sigonella hava qüvvələri bazasına eniş etmələrini planlaşdırdığı barədə məlumat verib. Nəşrin yazdığına görə, İtaliya ordusu ilə heç bir məsləhətləşmə aparılmayıb. Plan Amerika təyyarələri artıq havaya qalxdıqdan sonra İtaliyaya göndərilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş