İrakli Kobaxidze Bakıya gələcək

Xəbərlər

10.11.2024 - 17:11

Həkimlər Klinikalar SEO Xidməti

Gürcüstanın Baş naziri COP29-da iştirak edəcək

Gürcüstanın Baş naziri İrakli Kobaxidze noyabrın 11-13-də Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə 29-cu Konfransında (COP29) iştirak edəcək.

AYNA APA-ya istinadən xəbər verir ki, bu barədə Baş nazirin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, səfər çərçivəsində Kobaxidzenin Prezident İlham Əliyevlə təkbətək görüşü gözlənilir.

“Gürcüstanın Baş naziri Bakıya səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti ilə təkbətək görüş keçirəcək. İrakli Kobaxidzenin COP29 liderlərinin sammitində çıxışı, həmçinin müxtəlif mövzular üzrə dəyirmi masa formatında keçiriləcək panel müzakirələrində iştirakı planlaşdırılır”, - məlumatda qeyd olunub.

Hökumət başçısını Azərbaycana səfərində onun birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, xarici işlər naziri İliya Darçiaşvili və hökumət administrasiyasının rəhbəri Levan Joliani müşayiət edəcək.

Müəllif: Ayna.az