İrakli Çikovani Zakir Həsənovla regiondakı vəziyyəti müzakirə edib

Dünya

05.03.2026 - 20:47

Telefon danışığı zamanı ölkələrimiz arasında ikitərəfli hərbi əməkdaşlığın inkişaf perspektivləri də müzakirə olunub

Martın 5-də Gürcüstanın müdafiə naziri İrakli Çikovaninin təşəbbüsü ilə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla telefon danışığı olub.

Müdafiə Nazirliyindən AYNA.AZ-a verilən məlumata görə, tərəflər, ölkələrimiz arasında əlaqələr, regiondakı cari vəziyyət və təhlükəsizlik məsələləri ilə bağlı ətraflı fikir mübadiləsi aparıblar.

"Telefon danışığı zamanı həmçinin ölkələrimiz arasında ikitərəfli hərbi əməkdaşlığın inkişaf perspektivləri də müzakirə olunub", MN-dən bildirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş