İqtisadiyyat üzrə Nobel mükafatı laureatları bəlli oldu

Dünya

14.10.2024 - 16:07

Həkimlər Klinikalar SEO Xidməti

Daron Acemoğlu, Simon Conson və Ceyms Robinson iqtisadiyyat üzrə Nobel mükafatı laureatı olublar

Amerikalı iqtisadçılar - Daron Acemoğlu, Simon Conson (hər ikisi Massaçusets Texnologiya İnstitutu) və Ceyms Robinson (Çikaqo Universiteti) iqtisadiyyat üzrə Nobel mükafatı laureatı olublar.

AYNA xəbər verir ki, Nobel Komitəsinin rəsmi saytındakı mesajda qeyd olunub ki, mükafat dünya ölkələrində sərvət bərabərsizliyinin səbəblərinin araşdırılmasına görə verilib.

Alimlərin fikrincə, ən mühüm amil ölkənin dövlət qurumlarının nə dərəcədə inkişaf etməsidir. Onların fikrincə, post-müstəmləkə dövründə keçmiş müstəmləkələrdən hansının iqtisadi cəhətdən inkişaf edəcəyi, hansının inkişaf etməyəcəyi bundan asılı idi. O ölkələr yoxsulluqdan çıxa bilmirlər ki, orada əsas məqsəd ilkin olaraq məhdud təbəqəni zənginləşdirmək oldu.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş