İnvestisiya Holdinqinin Müşahidə Şurasının növbəti iclası keçirilib

Xəbərlər

08.07.2021 - 22:25

Həkimlər Klinikalar SEO Xidməti

Cari ilin birinci yarımilində görülmüş işlər barədə hesabat dinlənilib

 

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının növbəti iclası keçirilib. Bu barədə AYNA-ya Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının sədri Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasda Holdinqin Baş icraçı direktoru Ruslan Əlixanovun cari ilin birinci yarımilində görülmüş işlər barədə hesabatı dinlənilib.

 

Holdinqin idarəetməsinə verilmiş portfel şirkətlərin “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” və “AzerGold” QCS-lərin diaqnostikasının nəticələri və digər cari məsələlər müzakirə olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş