İmtahanlarda 3363 namizədin iştirakı nəzərdə tutulub
Bu gün ingilis dili müəllimi olmaq istəyən namizədlər üçün test imtahanları keçirilir. Bu barədə AYNA-ya Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, imtahanlarda 3363 namizədin iştirakı nəzərdə tutulur.
Namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla, ümumilikdə 60 sual təqdim edilir.