İndoneziyada terror aktı törədilib, yaralananlar var

Dünya

07.12.2022 - 08:33

Polis idarəsinin daxilində partlayışı kamikadze törədib

İndoneziyanın Bandunq şəhərində polis bölməsində baş verən terror aktında azı üç hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb. AYNA xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Bildirilib ki, polis idarəsinin daxilində partlayışı kamikadze törədib.

Daha öncə “Antara” agentliyi partlayışın yerli vaxtla 08:30-da (Bakı vaxtı ilə 05:30) baş verdiyini bildirmişdi.

Müəllif: Ayna.az