Arxeoloqlar onların ən azı 51 min il olduğunu iddia edirlər
İndiyədək məlum olan ən qədim qayaüstü rəsm İndoneziyanın Sulavesi adasında tapılıb. AYNA xarici mediaya istinadən bildirir ki, Avstraliya və İndoneziya arxeoloqları onların ən azı 51 min il olduğunu iddia edirlər.
Karampuanq dağının mağara divarındakı səhnə qırmızı boya ilə işlənib. Burada böyük bir donuz və ya çöl donuzu, çubuqlar, nizələrlə silahlanmış üç ovçu təsvir edilib. Ətrafında qırmızı boyanın başqa izləri də var, ona görə də ola bilsin ki, rəsm əvvəlcə daha böyük olub.
Alimlərin fikrincə, bu, qayaüstü rəsmin ən erkən nümunəsidir. Əvvəllər ən qədimi hesab edilən Borneo adasındakı rəsmlərdən beş min il yaşlıdır. Tapıntı elmə bəşəriyyətin nə qədər əvvəl yaradıcılıq nümayiş etdirməyə başladığını anlamağa kömək edə bilər - təkcə rəsm çəkmək üçün deyil, həm də süjeti başa düşmək və hekayələri təsvir etmək üçün.
İnsan bədii fəaliyyətinin ən erkən nümunələri Afrikadakı mağaralarda daş üzərində kəsiklər və bəzək əşyaları hesab olunur - onların 75-100 min il yaşı var.