Özbəkistanda kişilər saqqala görə cərimələnir

Maraqlı

27.08.2024 - 07:42

Həkimlər Klinikalar SEO Xidməti

İndiyədək Özbəkistanda 789 belə işə baxılıb

Özbəkistanda kişiləri “şəxsiyyəti təsdiq etməyə imkan verməyən” tam saqqal saxladıqlarına görə cərimələməyə başlayıblar. AYNA xəbər verir ki, bu barədə “Podrobno.uz” yazıb.

Nəşr ölkənin Ali Məhkəməsinin qərarlarının məlumat bazasına istinadən xəbər verir ki, indiyədək Özbəkistanda 789 belə işə baxılıb. Ən çox Cizzax, Səmərqənd, Əndican və Fərqanə bölgələrində kişilər qalın saqqal saxladıqlarına görə cərimələnirlər. Qanun 3,4 milyondan 5,1 milyon soma qədər cərimə şəklində cəza nəzərdə tutulub.

2023-cü ilin sonundan Özbəkistanda “şəxsiyyəti təsdiq etməyə imkan verməyən üz örtüyü ilə” ictimai yerlərdə olmağı qadağan edən qanun qüvvədədir. İstisnalar tibbi maskalar, motosiklet dəbilqələri və təhlükəsizlik və ya işlə bağlı digər hallar üçündür. Özbəkistanın İnzibati Məsuliyyət Məcəlləsinin eyni maddəsinə əsasən, üzünü tamamilə örtən paltar geyinən qadınlar da cərimələnirlər.

Nəşr qeyd edir ki, bəziləri hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saqqallarını qırxmağa məcbur edilir. Eyni zamanda, kişilərin bu maddə ilə məhkəmə qərarlarından apellyasiya və ya kassasiya şikayəti verərək qalib gəlməsi halları da var.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş