İndoneziyada daşqınlarda 14 nəfər ölüb

Dünya

06.01.2026 - 16:03

Hadisə nəticəsində 18 nəfər yaralanıb: daha dörd nəfər itkin düşüb

İndoneziyanın Şimali Sulavesi əyalətində daşqın nəticəsində ən azı 14 nəfər ölüb. AYNA.AZ xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumatda deyilir: "İndoneziya Şimali Sulavesi əyalətində baş verən qəfil daşqınlarda ən azı 14 nəfər ölüb".

Nəşrin məlumatına görə, hadisə nəticəsində 18 nəfər yaralanıb, daha dörd nəfər itkin düşüb.

Hakimiyyət orqanları ən azı 444 sakini yerli məktəblərə və kilsələrə təxliyə etmək məcburiyyətində qalıb.

Dağıntı və palçıqla bağlanmış yolları təmizləmək üçün hadisə yerinə ekskavatorlar da göndərilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş