İmtahanlarla bağlı məlumatlar şəxsi səhifələrə göndərilib

Xəbərlər

10.08.2020 - 12:01

cedabet dərman SEO Xidməti

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə start verilir

 

Avqustun 14-dən etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə start veriləcək. Bu barədə AYNA-ya Təhsil Nazirliyindən məlumat verilib.

 

Xəbərdə bildirilib ki, 14-17 avqust tarixlərində keçirilməsi nəzərdə tutulan imtahanlarda iştirak edəcək namizədlərin şəxsi səhifələrinə müvafiq məlumat göndərilib.

 

“Həmin tarixlərdə fizika, fransız dili, rus dili və biologiya fənləri üzrə test imtahanı keçiriləcək. Digər fənlər üzrə imtahan məlumatları növbəti günlərdə hissə-hissə mütəmadi olaraq şəxsi səhifələrə göndəriləcək. Təhsil Nazirliyi test imtahanlarında iştirak edəcək hər bir namizədə uğurlar arzu edir”, - deyə nazirliyin məlumatında qeyd edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş