Körpəyə qapalı kəllə-beyin travması diaqnozu qoyulub
İmişli rayonunda körpə yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb. AYNA xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 2024-cü il təvəllüdlü F.N xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyilə rayon mərkəzi xəstəxanasına çatdırılıb
Daha sonra Bakıda yerləşən xəstəxanalardan birinə gətirilib. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır .