İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub

Xəbərlər

01.09.2025 - 14:49

Liderlər təmasları davam etdirmək barədə razılığa gəliblər

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş olub.

AYNA.AZ xəbər verir ki, liderlər Azərbaycan-Ermənistan sülh gündəliyini müzakirə edərək, konstruktiv dialoqun, qarşılıqlı etimadın və regional sabitliyin əhəmiyyətini vurğulayıblar.

Hər iki lider sülhün və normallaşma prosesinin irəlilədilməsinə dair beynəlxalq dəstəyi bir daha təsdiqləyən son Vaşinqton Sammiti zamanı əldə edilən müsbət dinamikanı qeyd ediblər.

Liderlər təmasları davam etdirmək barədə razılığa gəliblər.

İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş