Komitə sədri tutduğu vəzifədən azad olunub
Prezident İlham Əliyev Hicran Hüseynovanın barəsində sərəncam imzalayıb. AYNA dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:
Hicran Kamran qızı Hüseynova Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsindən azad edilsin”.
Qeyd edək ki, H.Hüseynova 6-cı çağırış Milli Məclisə deputat seçilib.